Nazilə Fatiməni məhkəməyə verdi - "Gərək üzr istəyərdi"

Hazırda oxunan: Nazilə Fatiməni məhkəməyə verdi - "Gərək üzr istəyərdi"

68645

Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Xəzər TV”də yayımlanan “Səhər mərkəzi” verilişində danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fatimədən Naziləyə SƏRT SÖZLƏR: “Kim üçün ərəb rəqsi oynamısan yadına sal” - VİDEO 


“Məhkəməyə vermişəm. Ona şans verdim, gərək üzr istəyərdi. Çünki belə də üzr istəyəcək, indi bir də təzminat ödəyəcək. Yaxşı təzminatdır. Söhbət ondan gedir ki, soğan yeməmisən için niyə göynəyir? Səhifə mənimdir, beynim dönüb monoloq yazmışam, onu niyə özünə götürmüsən?” – deyə Səfərli qeyd edib. 

Qeyd edək ki, Nazilə Səfərlinin ad çəkmədən tənqid etdiyi rəqqasə Fatimə onunla bağlı video paylaşaraq bu sözləri işlətmişdi:

"Niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş. Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdır? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir.

Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü? Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. Yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin?". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin