Küsülü olan blogerlər xəstəxanada barışdı – FOTO  

Hazırda oxunan: Küsülü olan blogerlər xəstəxanada barışdı – FOTO  

68623

İllərdir aralarında yaşanan qalmaqal səbəbilə gündəmdə qalan blogerlər Aysel Şükür və Asya İsmayılova barışıb.   

Bizim.Media xəbər verir ki, Asya və həyat yoldaşı Fuad İsmayılov gecə klubundakı partlayışda yaralanan Ayseli xəstəxanada ziyarət edib.   

Asya Aysellə olan fotosunu “Instagram” hesabında paylaşıb.   

“Sən istəyərsən və biz gəlmərik, Aysel? Təəssüf ki, zamanı geri qaytarmaq mümkün deyil. Düzdür, bəzi şeylər yaşanmamalı idi. Ancaq olan oldu, keçən keçdi. Biz hər şeyi unutduq. Təki sən yaxşı ol, hamımızın duası səninlədir. Sən güclüsən. Allah səni övladlarına bağışlasın”, – deyə Asya İsmayılova qeyd edib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin