İngiltərə rok qrupu “Pink Floyd” 28 ildən sonra ilk dəfə yeni mahnı təqdim edəcək.
Bizim.Media xəbər verir ki, "Hey, Hey Rise Up!" martın 30-da ərsəyə gəlib və aprelin 8-də təqdim olunacaq.
Mahnıda həmçinin Ukrayna xalq mahnısını ifa edən “Boombox” qrupunun vokalisti və söz yazarı ukraynalı musiqiçi Andrey Xlivnyukun vokalını eşitmək mümkün olacaq.
Bildirilib ki, “Pink Floyd” mahnıdan əldə edilən bütün gəliri BMT-nin "Ukrayna Humanitar Fondu" xeyriyyə fonduna göndərəcək.
"Bir çoxları kimi biz də dinc demokratiyanın işğalı və xalqın öldürülməsi ilə nəticələnən bu iyrənc hərəkətə qarşı qəzəbliyik" – deyə qrupun açıqlamasında qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
08:57 / 08.04.2022
“Pink Floyd”dan 28 il sonra İLK – Ukraynaya görə
Hazırda oxunan: “Pink Floyd”dan 28 il sonra İLK – Ukraynaya görə
Hazırda oxunan: “Pink Floyd”dan 28 il sonra İLK – Ukraynaya görə
68593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.