Nadir Qafarzadədən ÇAĞIRIŞ: “Brilliantın tüpürmək statusu mənə aid deyil”

Hazırda oxunan: Nadir Qafarzadədən ÇAĞIRIŞ: “Brilliantın tüpürmək statusu mənə aid deyil”

68525

“Brilliantın üzə tüpürəcəyi ilə bağlı yazdığı status mənə aid deyil” - Bu sözləri Brilliant Dadaşovanın sonuncu paylaşdığı statusla bağlı ittiham olunan müğənni Nadir Qafarzadə Bizim.Media-ya açıqlamasında səsləndirib.

“Brilliantı uzun illərdir tanıyıram və onunla çox yaxşı münasibətlərimiz var. Mən əminəm ki, Brilliant Dadaşovanın yazdığı bu status mənə aid deyil. Brilliant mərd insandır. Əgər hansısa sözüm ona pis təsir etsə, birinci bunu məndən soruşardı.

Bəzi saytlar yaranmış vəziyyətdən əleyhimə istifadə edib məni sənətinə və özünə həmişə hörmət etdiyim Brilliant xanımla savaşdırmaq istəyirlər, amma buna nail ola bilməyəcəklər”.
 

MÖVZU İLƏ BAĞLI:

Brilliant Dadaşovadan SƏRT SÖZLƏR – “Üzünə tüpürəcəkdim, gecikdim” 


Nadir bildirib ki, gecə klubu ilə bağlı yazdığım fikirlərdə kimisə tənqid və ya təhqir etmək fikrim olmayıb:

“Mən də bir atayam. Qızım olmasa da, mənim də oğul övladlarım var. Sadəcə orada ölən xanımların valideyinlərinə yazığım gəldi. Axı onlar da bizim millətin övladlarıdır. İstənilən halda qızlarımızın gecəni klublarda keçirmələri yaxşı hal deyil. Mən o statusumla bildirmək istədim ki, o qız ora getməklə öz cavan ömrünü məhv etdi. Məlumdur ki, o qızın valideynləri indi necə pərişandırlar. Mən mərhəmətli insan olduğum üçün onları tənqid etmək əvəzinə, dərdlərinə şərik olub mərhəmət göstərərəm.

Buradan bütün valideynlərə üz tutaraq çağırış edirəm ki, övladlarınıza sahib çıxın. Onları diqqətinizdən kənar qoymayın.

Qoymayın ki, kimlərsə onları aldadıb istifadə etməyə çalışsınlar. Kimlərinsə gənc qızlarınıza psixoloji təsir edib onları gecə klublarına aparmaması üçün onları göz önündə saxlayın. Hər ağıllı və sağlam düşüncəli övlad valideyn üçün baş ucalığıdır. Əks halda isə onların faciəvi həyatlarının şahidi olacaqsınız. Yəqin ki, heç bir valideyn bunu istəməz”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin