Xəbər verdiyimiz kimi, “Location” gecə klubunda partlayışda xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva bu gün dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhumun ölüm xəbəri xeyli müzakirələrə səbəb olub.
Şərh yazanlardan biri də müğənni Nadir Qafarzadə olub. Onun şərhi xeyli bəyənmə toplayıb.
“İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmir? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını özü darmadağın etdi. Bu hadisə məncə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın? Ey gənclər, həyatınızı məhv etməyin” –deyə Qafarzadə paylaşımında qeyd edib.
İfaçı, haqqında xəbərlər yayılandan sonra yenidən şərh yazaraq kiminsə həyatına müdaxilə etmədiyini bildirib:
“Gənclərimizi özlərini qorumağa çağırıram. Tək özünüzü yox, valideynlərinizi və doğmalarınızı da düşünün. Həyat insana bir dəfə verilir. Gəncliyinizi məhv etməyin”.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:25 / 07.04.2022
Nadir Qafarzadə klubda yaralanıb ölən qızı QINADI – “Yazıq valideyn, nə deyib ağlasın?”
Hazırda oxunan: Nadir Qafarzadə klubda yaralanıb ölən qızı QINADI – “Yazıq valideyn, nə deyib ağlasın?”
Hazırda oxunan: Nadir Qafarzadə klubda yaralanıb ölən qızı QINADI – “Yazıq valideyn, nə deyib ağlasın?”
68437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.