Şabran rayonu ərazisində baş verən qəzada ağır yaralanan sərnişin, 44 yaşlı Xaçmaz sakini Ruhəngiz Əhmədovanın vəziyyəti kritik olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Bizim.Media xəbər verir ki, qadın baş nahiyəsindən ağır kəllə-beyin travması alıb.
Onun həyat yoldaşı, 53 yaşlı Əhməd Əhmədov isə Şabran rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində müalicə olunur.
Qəzaya "Hyundai Santa Fe" markalı avtomobilin sürücüsü Əhməd Əhmədovun sükan arxasında yuxulaması, bu səbəbdən avtomaşının körpüdən aşmasının səbəb olduğu deyilir.
Xatırladaq ki, hadisə Şabran rayonunun Taxtakörpü adlanan massivində qeydə alınıb.
09.51***
Şabran rayonunun Taxtakörpü adlanan massivində iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, "Hyundai Santa Fe" markalı avtomobilin aşması nəticəsində Xaçmaz rayon sakinləri Əhməd Əhmədov və Ruhəngiz Əhmədova ağır yaralanıblar.
Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Qəzanın başvermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:06 / 07.04.2022
Şabran qəzasında yaralanan qadın Bakıya gətirildi - YENİLƏNİB
Hazırda oxunan: Şabran qəzasında yaralanan qadın Bakıya gətirildi - YENİLƏNİB
Hazırda oxunan: Şabran qəzasında yaralanan qadın Bakıya gətirildi - YENİLƏNİB
68427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.