Ülviyyə Alovlu məhkəməyə məcburi gətiriləcək – Flora Kərimovaya dediyi sözlərə görə

Hazırda oxunan: Ülviyyə Alovlu məhkəməyə məcburi gətiriləcək – Flora Kərimovaya dediyi sözlərə görə

68276

Müğənni Flora Kərimova ilə hüquqi çəkişməsi olan jurnalist Ülviyyə Muradova (Alovlu) məhkəmə iclasına məcburi gətiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində aprelin 4-ü hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qərar verilib. 

Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən keçirilən iclasda ikinci iştirak etməyib. 

Qeyd edək ki, F. Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü. Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılıb. 
Tərəflər arasında qalmaqala F. Kərimovanın Gəncədə çılpaq şəkildə mahnı oxuduğu videoları yayılan üç qız barədə sərt fikirləri səbəb olub.  

Ülviyyə Alovlu isə Kərimovaya sərt cavab verərək “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz”, ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?” ifadələrini işlədib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin