Rusiyanın xalq artisti İqor Butman özünə möhtəşəm toy edib.
Bizim.Media kp.ru-ya istinadən xəbər verir ki, 60 yaşlı Butman ilə 28 yaşlı Anna Lvovanın toy mərasimi Sankt-Peterburqda baş tutub.
Mərasimdə çoxlu məşhur musiqiçilər, mədəniyyət, incəsənət və idman xadimləri də iştirkak edib. Lakin Butmanın həyat yoldaşının açıq-saçıq rəqsi hər kəsi təəccübləndirib.
Lvova açıqlamasında rəqsi "əri üçün hədiyyə" adlandırıb.
Bizim.Media





