Əməkdar artist Nigar Şabanova ATV-nin "7 canlı" proqramının qonağı olub.
Bizim.Media xəbər verir ki, xanəndə səxsi həyatı ilə bağlı ona ünvanlanan "İlk evliliyin ailənin təkidi ilə olsa da, özünü xoşbəxt hiss etməməyin, narazılıga gətirib çıxardı. Nigar öz seçimi ilə bir ailə həyatına da imza atdı, bu da çox qalmaqallı oldu" sözlərinə belə reaksiya verib:
"Verilişə gedəndə əvvəlcədən şərt kəsirəm ki, ailə söhbəti olmasın. Mövzu qapansın. Özəl heç nə danışmaq istəmirəm. Paylaşım edilir, çox sağ olsunlar, amma insanlar başqa yerə yozurlar. Xahiş edirəm ki, verilişə dəvət alıramsa, özəl heç nə olmasın".
Hələ təqdim etmədiyi fotosessiyasından bəhs edən Nigar "Çərçivədən sıxıldım. Geyim seçməkdə çətinlik çəkirəm. Elnur Həsənova dedim ki, depressiyadayam, məni çıxart. Qarşımda fərqli Nigar görmək istəyirəm: qapanan yox, azadlığa çıxan qadın obrazı" deyə sözlərinə əlavə edib.
Bizim.Media