Türk MÜĞƏNNİ: “Allahdan “bebek” gözləyirdik, “mələk” göndərdi”

Hazırda oxunan: Türk MÜĞƏNNİ: “Allahdan “bebek” gözləyirdik, “mələk” göndərdi”

66018

Türkiyəli müğənni müğənni Özgün oğlunun ad günü münasibətilə Daun sindiromlu uşaqların təhsilinə yatırımlar edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni şəxsi Instagram hesabında paylaşım edib.

2012-ci ildə özü kimi musiqiçi Nida Karaçarla ailə quran Türkiyəli müğənni Özgünün bu evlilikdən Daun sindromlu övladı olub. Məşhur müğənni verdiyi hər müsahibəsində atalığın çox xüsusi hiss olduğunu izah edib.

Daun sindromlu Ediz adlı oğlu olan Özgün hisslərini bu sözlərlə dilə gətirib:

"Bu vəziyyətə xəstəlik kimi baxmıram. Mənim üçün önəmli olan onun xəstəliyini eşitdiyim an deyil; ilk dəfə idi ki, Edizi qucağımda hiss edirdim. Çox qəribə bir şey idi; sanki ürəyi  ovuclarımda döyünürdü. Biz bəbək gözləyirdik, Allah bizə mələk göndərdi”.

Müğənni Özgün Uğurlu 21 Mart Dünya Daun Sindromu Günü üçün xüsusi kampaniyaya başladığını açıqlayıb. Özgün Martın 23-də dünyaya gələn oğlu Edizin qarşıdan gələn yeni yaşı üçün daun sindromlu uşaqların təhsilinə yatırımlar edəcək.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin