Azərbaycanın milli bayramı Novruzu adətən hər kəs süfrə arxasında öz ailəsi, əzizləri ilə birgə keçirir. Bəs gəlirinin əsas hissəsinin toylardan və el şənliklərindən qazanan müğənnilərimiz necə?
Novruzu iş başında, yoxsa gəlirlərindən imtina edərək əzizləri ilə masa arxasında keçiriblər?
Bizim.Media-ya şou ulduzlarımızın şəxsən verdikləri özəl açıqlamalardan müğənnilərin Novruz Bayramını harada və necə keçirməsi ilə tanış ola bilərsiniz.
Müğənni Türkan Vəlizadə Bakıda bir çox şou-proqramlarda və bayram konsertlərində iştirak etdikdən sonra bayramı Bakıdakı evində qeyd edib.
“Uzaqlaşmaq istədim” mahnısı ilə gündəmə gələn Vəfa Şərifova isə vətəndən uzaqlaşaraq Novruzu Moskvada keçirib. Qeyd edək ki, müğənni mart ayının sonuna kimi şou proqram və toylardakı çıxışı ilə əlaqədar Rusiyada olacaq.
Düşündüklərini söyləməkdən çəkinməyən bəzən qalmaqallı çıxışları, bəzən isə ekskuliziv ifaları ilə gündəmdə olan Nadir Qafarzadə Novruz bayramını Bakıdakı evində oğlu və gəlini ilə birlikdə keçirib.
Novruzu Bakıdakı evində keçirənlər arasında Sevil-Sevinc bacıları da var. Şou-proqramlarda iştirakdan imtina edən bacılar demək olar ki, bütün gün ərzində evdə ailə üzvləri ilə birlikdə olublar.
Müğənni Xatun isə Bayram günü Bakı ərazisində üç toy məclisində iştirak edib çıxışlarını başa vurduqdan sonra evinə yollanaraq bayramı əzizləri ilə eyni masa arxasında qarşılayıb.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:30 / 21.03.2022
Novruz axşamı bu müğənniləri HARADA görüblər? – ÖZƏL
Hazırda oxunan: Novruz axşamı bu müğənniləri HARADA görüblər? – ÖZƏL
Hazırda oxunan: Novruz axşamı bu müğənniləri HARADA görüblər? – ÖZƏL
65896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.