Xəbər vermişdik ki, müğənni Aysel Əlizadə avtomobil qəzasına düşüb.
Bizim.Media Aysel Əlizadənin özü ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Aysel Əlizadə ağır qəzaya düşdü - FOTO
Aysel Əlizadənin köməkçisinin verdiyi özəl açıqlamaya görə, müğənninin vəziyyəti hazırda çox yaxşıdır.
“Bu hadisə üç gün əvvəl olub. İndi Şükür Allaha, yaxşıdır. Hətta dünən Yevlaxa aparıblar, konsert proqramı ilə çıxış edib. Hər şey yaxşıdır. Sabah isə ATV-də canlı efirdə qonaq olacaq. Qorxulu bir şey olmayıb. Aysel Əlizadəni sevənlər narahat olmasınlar”.
Xatırladaq ki, stilist Elnur Həsənov qəzanın güclü olduğunu və müğənninin gözünün və beyninin ciddi zədə aldığını vurğulamışdı.
Bizim.Media