Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Niyam Salami səhnədə həmkarı Aynur Dadaşovanı öpmüş, daha sonra görüntüləri "Instagram" hesabında paylaşmışdı.
Bizim.Media xəbər verir ki, Aynur ARB TV-də yayımlanan “Həmin Zaur” proqramında video barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
İfaçı N.Salami ilə uzun illərin dostu olduqlarını deyib:
“Milyonlarla insan bizi izləyir. Hamı bizi tanıyır. Niyamla aramızda dostluq sevgisi var. O videoya görə, niyə peşman olmalıyam? Ürəyində pis fikir olsa, ya da gizli xoş olmayan nəsə etsən hə. Amma biz hər kəsin qarşısındayıq”.
Xatırladaq ki, görüntülər 8 Mart Beynəlxalq Qadınlar günündə çəkilib. Onların videosu izləyicilər tərəfindən qınaqla qarşılanıb.
Bizim.Media