“Mən heç bi vaxt, onun adını çəkib təhqir etməmişəm. Əgər elə başa düşübsə özünün problemidir”.
Bu sözləri Bizim.Media-ya müğənni Afət Fərmanqızı Flora Kərimova ilə aralarında baş verən qalmaqal haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, artıq o da məhkəməyə müraciət edib:
“Böhtan atdığı üçün mən də onu Binəqədi Rayon Məhkəməsinə vermişəm. Verlişlərdə çıxıb təbabətdən danışan odur. İnsan idrarı ilə özünü cavan saxladığını demişdi. Mənim də anam, atam tez rəhmətə gedib maraqlı gəldi ki, uzunömürlü qalmaq üçün onu dediyi şeyi necə içmək olar? Soyuq ya isti? Yanında nəsə “zakuska”sı olubmu? Deyəsən səhv başa düşüb dediklərimi”.
Qeyd edək ki, müğənni Afət Həsənova (Fərmanqızı) barəsində Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:04 / 11.03.2022
Flora Kərimova Afət Fərmanqızını niyə məhkəməyə verib? - Afət səbəbi AÇIQLADI
Hazırda oxunan: Flora Kərimova Afət Fərmanqızını niyə məhkəməyə verib? - Afət səbəbi AÇIQLADI
Hazırda oxunan: Flora Kərimova Afət Fərmanqızını niyə məhkəməyə verib? - Afət səbəbi AÇIQLADI
64255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.