“5 sutkadır ki, sizin təyyarələriniz, tanklarınız, raketləriniz bizim mülki vətəndaşlarımızı öldürür”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Elza okeanı” qrupunun lideri Svyatoslav Vakarçuk videomüraciətində bildirib.
“Bizim uşaqlarımız sığınacaqlarda dünyaya gəlir. 5 sutkadır. Bu dəhşətdir. Onlar sizin silahlarınızla ölür” – deyə Vakarçuk edib.
O, həmçinin rus analarına müraciət edib:
“Ölkəmizə gələn rus əsgərləri də kimlərinsə oğludur. Oğullarınızın qarşısını kəsin. Onların cinayətkar olmasına icazə verməyin. Onları evinizə sağlam və canlı qaytarın”.
Solist həmçinin Ukrayna xalqının mehriban xalq olduğunu vurğulayıb:
“Biz heç kimi incitmək istəmirik, heç kimə hücum etmək istəmirik. Amma siz bizim insanlarımızı öldürmək və ölkəmizi işğal etmək üçün silahlarınızla gəldiniz. Amma biz son əsgər ölkədən çıxanadək ölkəmizi qorumağa davam edəcəyik”
“Küçələrə çıxın. Elə edin ki, bu müharibə bitsin. Putindən bu zülmün bitməsini tələb edin. Ölkənizin, övladlarınızın gələcəyi sizin əlinizdədir” – deyə Vakarçuk bildirib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:15 / 28.02.2022
Məşhur müğənni rus analara SƏSLƏNDİ: “Oğullarınızın cinayətkar olmasına icazə verməyin" - VİDEO
Hazırda oxunan: Məşhur müğənni rus analara SƏSLƏNDİ: “Oğullarınızın cinayətkar olmasına icazə verməyin" - VİDEO
Hazırda oxunan: Məşhur müğənni rus analara SƏSLƏNDİ: “Oğullarınızın cinayətkar olmasına icazə verməyin" - VİDEO
62409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.