Azərbaycanlı model və dizayner Diana Əhədpur Milan Moda Həftəsində silsilə moda nümayişlərinin qonağı olub.
Bizim.Media xəbər verir ki, o, italiyalı modelyer, “Versace” moda evinin əsas siması və baş dizayneri Donatella Versaçinin dəvəti ilə "Versace"nin 2022-2023 payız-qış kolleksiya nümayişində iştirak edib.
Həmçinin moda həftəsi çərçivəsində Diana Əhədpur geyim, dəri və xəz məmulatları, aksessuarlar və ətir istehsalı üzrə ixtisaslaşmış İtaliya moda evi olan Fendi brend şousunun qonağı olub.
Onun kombini izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Milanda keçirilən Moda Həftəsi “Giorgio Armani” brendinin payız-qış kolleksiyasının nümayişi ilə başa çatıb, şou tam sükutla keçib. Bildirilib ki, bu addım Ukraynada baş verən faciəyə hörmət əlaməti olaraq atılıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:32 / 28.02.2022
Diana Əhədpur Milan Moda Həftəsində geyimi ilə diqqət çəkdi - FOTO
Hazırda oxunan: Diana Əhədpur Milan Moda Həftəsində geyimi ilə diqqət çəkdi - FOTO
Hazırda oxunan: Diana Əhədpur Milan Moda Həftəsində geyimi ilə diqqət çəkdi - FOTO
62349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.