Türk xalq musiqisinin “Dişi Tatlıses” ləqəbi ilə tanıdığı müğənni Güler İşık canlı yayım zamanı yenidən xəstələndiyini açıqlayıb.
Bizim Media xəbər verir ki, Güler İşık 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. Süd vəzi xərçəngi diaqnozu ilə bir dəfə əməliyyat olunan müğənni, xəstəliyin yenidən baş qaldırdığını deyib.
Televiziya verilişlərindən birinə qatılan G.Işık göz yaşlarını saxlaya bilməyib. Hər kəsdən halallıq istəyən müğənni:
“Pandemiya zamanı həkimə vaxtında gedə bilmədim. Yenə də gecikdim. Sevənlərimdən mənə dua etmələrini istəyirəm. İnanıram ki, Allah məni yenə də qoruyacaq” deyib.
Qeyd edək ki, Güler İşık 2015-ci ildən sənətdən uzaqlaşıb və ömrünü ibadətə həsr edib. Hicab bağlayan keçmiş müğənni mahnı oxuyub, insanları əyləndirməyin günah olduğunu və uzun illər səhnədə olduğu üçün böyük günaha batdığını da vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:39 / 24.02.2022
“Dişi Tatlıses”yenidən xəstələndi - Sevənlərindən DUA İSTƏDİ
Hazırda oxunan: “Dişi Tatlıses”yenidən xəstələndi - Sevənlərindən DUA İSTƏDİ
Hazırda oxunan: “Dişi Tatlıses”yenidən xəstələndi - Sevənlərindən DUA İSTƏDİ
61732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.