“Səni sevməyən ölsün” mahnısı ilə zamanında çox məşhur olan türk müğənnisi Tüdanya hazırda ağır günlər yaşayır.
Bizim Media xəbər verir ki, uzun müddətdir qırtlaq xərçəngindən əziyyət çəkən müğənninin keçirdiyi əməliyyatdan sonra səs telləri alınıb.
Sənətdən uzaq düşən müğənniyə həmkarı Haluk Levent dəstək çıxıb.
Xeyriyyəçiliyi ilə məşhur olan Haluk Levent, yaratdığı AHBAP Dərnəyinin xətti ilə ağır xəstəlikdən əziyyət çəkən müğənniyə yardım əlini uzadıb.
Haluk Levent sosial mediadan yaydığı açıqlamasında “Tüdanya! Unudulmayan müğənnimiz... Ən gözəl zamanlarında qırtlaq xərçəngi oldu. Səsini itirdi. Bu gün danışa bilmir. Şəraitsiz, təmirsiz evində borc içində yaşayır. Valilikdən xahiş edirəm ki, hər birimiz xəstə sənətkarımıza dəstək olaq” deyib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:40 / 24.02.2022
Borc içində yaşayan müğənninin səsi batdı - Danışa bilmir
Hazırda oxunan: Borc içində yaşayan müğənninin səsi batdı - Danışa bilmir
Hazırda oxunan: Borc içində yaşayan müğənninin səsi batdı - Danışa bilmir
61685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.