Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Hazırda oxunan: Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

606920

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan və daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılan məşhur müğənni Emir Can İğrek, aktrisa Hafsanur Sancaktutan və blogger Ogün Alibaşın narkotik testinin cavabı pozitiv çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi ekspertiza nəticəsində həmin şəxslərin saç nümunələrində kokain və metabolitlərinin tapıldığı bildirilib.

Məşhur serial “Uzak Şehir”in “Alya”sı Sinem Özenç Ünsalın isə analizləri neqativ çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Emir Can İğrek, Hafsanur Sancaktutan və Ogün Alibaş da daxil olmaqla 11 məşhur - Somer Sivrioğlu, Serra Pirinç, Utku Ünsal, Sinem Özenç Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu(Norm Ender) və Enes Gülen saxlanılmışdı. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin