"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

Hazırda oxunan: "O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

606893

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatlarla bağlı açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində bəzi qadınların estetik müdaxilələrdən sonra oxşar görkəmə düşdüyünü bildirib. O, qeyd edib ki, plastik əməliyyatların əleyhinə deyil, lakin təbiiliyin qorunmasının tərəfdarıdır.

Məhərrəmli açıqlamasında bildirib ki, son vaxtlar həddindən artıq estetik dəyişikliklər nəticəsində insanların bir-birinə bənzədiyini müşahidə edir:

"Yeni tendensiya başlayıb: yanaq həddindən artıq şişir, qəmzə çox dərin edilir, dişlər isə qeyri-təbii görünür. Bir yerdə oturmuşdum, yan masada 5-6 xanım vardı, hamısı bir-birinə bənzəyirdi. O mənzərəni bir daha görmək istəmirəm. Mən plastik əməliyyatın əleyhinə deyiləm, əksinə tərəfdarıyam, amma təbiilik qalmaq şərti ilə".

Müğənni  əlavə edib ki, hər kəs istəsə estetik müdaxilə etdirə bilər, lakin həddən artıq dəyişikliklərin xoş görüntü yaratmadığını vurğulayıb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin