Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Hazırda oxunan: Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

606412

Türk televiziya tarixinin ən sevilən və yadda qalan obrazlarından biri olan Süleyman Çakır əfsanəvi “Kurtlar Vadisi” serialındakı rolu ilə hələ də milyonlarla tamaşaçının qəlbində yaşayır.

Bizim.Media xəbər verir ki, bu xarakteri canlandıran məşhur aktyor Oktay Kaynarca hər il olduğu kimi bu il də “Süleyman Çakır”ı xatırlayıb və sosial media hesabında paylaşım edib.

Kaynarca paylaşımında serialın çəkildiyi gündən bu yana illər keçməsinə baxmayaraq Çakır obrazının hələ də izləyicilər tərəfindən sevildiyini vurğulayıb.

Fotoqalereyada isə aktyorun yadda qalan səhnələrdən və şəxsi xatirələrindən görüntülər yer alıb. Bu paylaşım izləyicilərdə nostalji hisslər doğurub.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialının ilk bölümü 2003-cü ildə yayınlanıb. “Süleyman Çakır” xarakteri 45-ci bölümdə ekran əsəri ilə vidalaşıb. (Metbuat.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin