Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Hazırda oxunan: Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

606355

Avroviziya təmsilçimiz Safura Əlizadə Xalq artisti Aygün Kazımovanın mahnısını oxuyub. 

Bizim.Media xəbər verir ki, “Best of AYGUN 40” albomunda yer alan Safura illər sonra Kazımova ilə bağlı etiraf edib:            
 

“Mənim üçün çox sevindirici bir hissdir ki, Aygün xanımın repertuarından mahnı ifa etməyə dəvət edildim. Sirr deyil ki, Aygün xanım mənə həmişə dəstək olub. “Yeni Ulduz” vaxtından mənim yanımda olub. Həmişə deyərdi ki, Safura mənim davamçımdır. Bu isə mənim üçün çox dəyərli idi. 


Mənim qalibiyyətimdə çox böyük dəstəyi var idi və mən belə şeyləri unutmuram. Aygün xanımı həmişə çox sevmişəm və onun mənim ürəyimdə başqa bir yeri var. “Bu sevgi” mahnısı da bu gün mənim ifamda səslənəcək. Sevgilər”.

Qeyd edək ki, A. Kazımova “ATV maqazin onlarla” verilişində illər öncə Safuranın həyat yoldaşı Fərhad Əliyevlə eşq yaşadığını etiraf etmişdi.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin