Xalq artisti boşandığı əri ilə efirdə BARIŞDI: “Son şansı verirəm” - VİDEO 

Hazırda oxunan: Xalq artisti boşandığı əri ilə efirdə BARIŞDI: “Son şansı verirəm” - VİDEO 

60591

Xalq artisti Naibə Allahverdiyeva ATV-də yayımlanan “Bizimləsən” proqramında boşandığı həyat yoldaşı ilə barışıb.  

Bizim.Media xəbər verir ki, aktrisa verilişdə olan zaman həyat yoldaşı Yusif telefonla efirə bağlanıb. Aparıcı Zaur Baxşəliyev onları barışdırmağa nail olub. 

“Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım, bağışla məni, səhv etmişəm”, - deyə Yusif bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artistindən sevilən sənətkarla bağlı ŞOK ETİRAF – “Məni çılpaq şəkillərimlə şantaj edib” 


“Onunla ilk görüşəndə onun özünü ağır aparmasını bəyəndim. Restoran işlədirdi, xınayaxdıda tanış olduq. Onun restoranı var idi. Paltar dəyişəndə otaq axtardım, müdirin otağını göstərdilər. Orada tanış olduq, sonra danışdıq. Ona çox bağlandım, dəhşətli dərəcədə sevdim onu. O, məni daha çox sevir. Yusif, mən sənə burada son şansı verirəm”, - deyə aktrisa barışığa razılıq verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin