Səhhətinə görə konsertini LƏĞV ETDİ

Hazırda oxunan: Səhhətinə görə konsertini LƏĞV ETDİ

605724

Dünyaşöhrətli müğənni Ledi Qaqa səhhətindəki problemlərə görə Kanada konsertini ləğv etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında məlumat verib.
 

Belə ki, Ledi Qaqa aprelin 7-də Monrealdakı Bell Mərkəzində çıxış etməli idi. Müğənninin sözlərinə görə, ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulub.


Həkim ona səhhətini pisləşdirməmək üçün yaxın vaxtlarda çıxış etməməyi tövsiyə edib.

“Sizi ruhdan saldığım üçün özümü çox pis hiss edirəm. Bu axşam üçün planları olan və məni dəstəkləyən hər kəsdən çox üzr istəyirəm. Sadəcə olaraq, layiq olduğunuz keyfiyyətli konserti təqdim edə bilməyəcəm”, - deyə ulduz müğənni qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin