Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Hazırda oxunan: Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

605584

Müğənni Elçin Hüseynov doğulduğu Cəlilabad rayonunun Hacı İsmayıllı kəndində xeyriyyə təşəbbüsü ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi kəndə ilk dəfə şirin su xəttinin çəkilməsini təmin edib.

Bu layihə nəticəsində sakinlər uzun illərdən sonra ilk dəfə içməli, təmiz su ilə təmin olunublar.

Məlumata görə, ifaçı bu kimi xeyriyyə işlərini ictimailəşdirməyə meyilli olmasa da, bu addım onların kənddə həyata keçirdiyi ilk layihə deyil.

Daha əvvəl kənd yollarının çəkilişi, qəbiristanlıq ərazisində abadlıq işləri apararaq geniş yaşıllıq sahəsi yaradıb. Bundan əlavə, kənd məscidinin tikintisinə də ciddi dəstək göstərilib.

Qeyd edək ki, sonuncu layihə sənətçinin atasının xatirəsinə həsr olunub. (milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin