Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

Hazırda oxunan: Tanınmış müğənni Rasim Balayevin qohumu imiş

605487

Müğənni Aynur Dadaşova şəxsi həyatı və qohumluq əlaqələri ilə bağlı maraqlı faktlar açıqlayıb. Sənətçi verdiyi açıqlamaların birində Azərbaycanın tanınmış simaları ilə yaxın əlaqələrinin olduğunu bildirib.

Bizim.Media milli.az-a istinadla bildirir ki, ifaçı mərhum Xalq artisti, görkəmli aktyor Rasim Balayev ilə qohum olduğunu qeyd edərək bu faktın onun üçün qürurverici olduğunu vurğulayıb.
 

O, ailələri arasında qız alıb-vermə münasibətlərinin olduğunu da diqqətə çatdırıb. Dadaşovanın sözlərinə görə, digər məşhur sənətkar Lütfiyar İmanov da onun ailə yaxınları sırasındadır. Müğənni xalq artistinin xalasının qayınatası olduğunu bildirib.


Sənətdə 37 illik fəaliyyəti olduğunu deyən ifaçı böyük sənətkarlara olan münasibətindən də bəhs edib. O, uzun illərin təcrübəsinə baxmayaraq, ustad sənətkarların yanında hər zaman həyəcan və məsuliyyət hissi keçirdiyini etiraf edib.

Müğənninin bu səmimi açıqlamaları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin