"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Hazırda oxunan: "İcazə vermərəm ki, haqqımda bunu desinlər"

604992

"Valideynlərim ailə qurub Əlcəzairə gedib. Mən orada doğulmuşam. Bakıya qayıdanda 2 yaşım var idi. Ailəmizdə musiqiçi yoxdur. Musiqiçi olmaq istəyi məndə yarananda hamı qəribə baxırdı. Anam deyirdi ki, pulu necə qazanacaqsan? Bizdə psixologiyada bir şey var ki, pul qazanmaq üçün ancaq toya getməlisən.

Opera və digər ciddi sənətdən pul qazanmaq olmur deyə düşüncəmiz var. 1997-ci ildə İtaliyaya getdim. Qərar verdim ki, bu sənətlə ciddi məşğul olmalıyam. Burada isə mümkünd eyildi. Getdim və 17 il İtaliyada yaşadım. Hazırda böyük teatrlarla əməkdaşlıq edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Yusif Eyvazov "Life FM" yutub layihəsində deyib.

Opera ifaçısı İtaliyada yaşamasından, dünyada tanınmasından söz açıb:

İtaliya mənim ikinci vətənimdir. Bütün xəyallarımın gerçəkləşməsinə səbəb oldu. Mənim çox müqavilələrim var. Ona görə də indi də ora çox gedirəm. İtaliya tamaşaçısı çox çətindir. Əgər səni qəbul edirsə edir. Almaniyada isə alqışlar var. Çində, Yaponiya və Koreyda da istiqanlı tamaşaçı var. O qədər sevgi göstərirlər ki... Qalxdığın zirvəni saxlamaq çox çətindir. İcazə vermərəm desinlər ki, 2 il əvvəl daha yaxşı idi. Əlbəttə ki, bədən, müğənni qocalır. Operanı təqdim etmək ağır bir ifadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin