Teylor Sviftin toy tarixi bəlli oldu

Hazırda oxunan: Teylor Sviftin toy tarixi bəlli oldu

604961

Məşhur amerikalı müğənni Teylor Sviftlə nişanlısı Travis Kelcenin toy hazırlıqları davam edir.

Bizim.Media xəbər verir ki, cütlüyün toyu iyunun 13-də olacaq. Mərasim iki fərqli məkanda keçiriləcək.

Əsas toy Teylorun Rod-Aylend ştatındakı malikanəsində, digər tədbir isə sahilə yaxın yerləşən dəbdəbəli hotellərdən birində planlaşdırılıb.

Toya təxminən 150 qonağın dəvət olunacağı bildirilir və onların arasında bir çox məşhur sima da yer alacaq.

Bundan başqa, Teylor üçün xüsusi tikiləcək eksklüziv gəlinliyin artıq demək olar ki, hazır olduğu deyilir.

O, toydan əvvəl subaylığa vida gecəsi təşkil etməyi də planlaşdırır.

Qeyd edək ki, cütlük 2023-cü ildən münasibətdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin