"Bir daha həmin yerə getmərəm"

Hazırda oxunan: "Bir daha həmin yerə getmərəm"

604954

"Əvvəl yutub, instaqram yox idi. İnternet olmurdu. O vaxt ancaq yaxşı mahnı oxuyanda efirə çağırırdılar. Yaxud da efirə çıxmaq üçün pul ödəyirdin. Mahnı maşınlarda səslənirdisə, bilirdik ki, tutub".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Sənətçi son günlər çıxan mahnıların qısaömürlü olmasından danışıb:

"İndi hər şey əlçatandır. Mahnını istədikləri an əldə edə bilirlər. Əlçatan hər şey maraqsızlaşır".

Səyahətlərindən danışan Sevda "Mənim üçün dünyanın ən gözəl ölkəsi İtaliyadır. 10 şəhərində olmuşam. Özbəkistanı düşünürdüm ki, gözəldir. Daşkənddə oldum. Amma elə bil 90-cı illərin bakısıdır. Ora bir də getmərəm. Demirəm pisdir, amma bir dəfə getmək bəs edir. Ən sevdiyim yerlərdən biri də Mərakeşdir" sözlərini əlavə edib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin