Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

Hazırda oxunan: Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

604795

"Mən çox adi bir məhəlləyə köçdüm. Orada adi insanlar qalırlar. Həmin blokda adi insanlar yaşayırlar. Ömrümün üstünə daha da ömür gəlir".

Bizim.Media xəbər verir ki, bu sözləri rejissor Nail Naiboğlunun yutub layihəsinə qonaq olan Xalq artisti Afaq Bəşirqızı deyib.

Aktrisa qeyd edib ki, artıq sadə insanların yaşadığı binada qalır.

Bu cür yaşamaq onu xoşbəxt edir, həmçinin oranın havası onun sağlamlığına müsbət təsir edir:

"Hamı mənə deyir ki "Afaq xanım burada yaşayırsınız?" Deyirəm ki, bəli... Kimdən artığam ki?!... Hazırda da orada yaşayıram. Orada yaşayanlar bəyəm məndən əskikdir? Çox gözəl havası var. Mənim ürəyimə, sağlamlığıma yaxşı təsir göstərir. Yaşlısı, gənci hamısı mənə hörmət edir. Sadə insanların içində yaşamaq böyük xoşbəxtlikdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin