Əməkdar artist Elza Seyidcahan yenə açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, müğənni "Öz aramızda" proqramında gənclərin evlənəndə musiqi zövqlərinə önəmli olduğunu bildirib:
"Qızla sənin musiqi zövqün uyğun gəlmir, niyə onu oğluna alırsan? Sabah onlar boşanacaq. Birinci qız alanda get bax gör sən dinlədiyin musiqini dinləyir, sonra al. Əvvəl geyimlə qarşılayıb, ağılla yola salırdılar. İndi geyimlə qarşılayıb, musiqi zövqü ilə yola salmalıdırlar.
Gənclərin işinə böyüklər qarışmadısa, onların gələcəyi nə olacaq? Oğlanın ruhu o deyil. Oğlan başqa, qız başqa musiqi dinləyir. Bir adam səhər durub meyxanaya qulaq asırsa, onun nə həyatı ola bilər?
Musiqi elə ruh deməkdir. Çox sayda subay var. Qohumlarda olan subay oğlanlarımıza sual verirəm ki, niyə evlənmirsiniz? Deyir, qıza yaxınlaşırıq, dilində qüsur. "Ç, c" deyirlər". (Axşam.az)
Bizim.Media





































































































