“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Hazırda oxunan: “Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

604562

Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi “Eşref Rüya” serialının aktyorlarından Ramazan Tetik vəfat edib.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, aktyor 37 yaşında dünyasını dəyişib.
 

Ramazan Tetik bir müddətdir xəstəxanada müalicə alırdı. Bir sıra nəşrlər onun aorta damarının yırtılması nəticəsində həyatını itirdiyini yazır. Lakin bəzi xəbərlərdə əvvəlcə ürək problemi və reanimasiyaya yerləşdirilməsi vurğulanıb, yəni ilkin məlumatlarda müəyyən fərqlər var.



Aktyorun vəfatı həm serial komandasında, həm də sənət cameəsində böyük kədər doğurub.

Türkiyə mediası qeyd edir ki, son günlər Ramazan Tetik üçün təcili qanvermə çağırışları da edilmişdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin