13 illik evlilik bitdi

Hazırda oxunan: 13 illik evlilik bitdi

604541

Tanınmış rusiyalı bloger Oksana Samoylova reper Ciqan ilə rəsmi olaraq boşanıb.

Bizim.Media xəbər verir ki, cütlüyün boşanma ərizəsi Moskvanın Savelovski Məhkəməsi tərəfindən təmin edilib.
 

Ciqan və Samoylova barışıq sazişi bağlayıblar, buna əsasən reper Moskva vilayətində malikanə və mənzil, bloger isə iki mənzil alacaq. 


Uşaqların Samoylova ilə birlikdə yaşayacağı dəqiqləşib.

Xatırladaq ki, daha əvvəl də cütlük boşanmaq qərarına gəlmiş, lakin fikirlərindən daşınmışdılar.

Qeyd edək ki, Ciqan və Oksana 2012-ci ilin dekabr ayında ailə həyatı qurublar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.  






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin