Məşhur müğənni buna görə məhkəməlik oldu

Hazırda oxunan: Məşhur müğənni buna görə məhkəməlik oldu

604539

Dünya şöhrətli amerikalı müğənni Taylor Swift yeni albomunun adı ilə bağlı hüquqi problemlə üzləşib.

Bizim.Media xəbər verir ki, Las-Veqaslı sənətçi Maren Ueyd onu müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

İddiaya əsasən, Sviftin "The Life of a Showgirl" albom adı Ueydin uzun illər istifadə etdiyi "Confessions of a Showgirl" layihəsinə çox bənzəyir.
 

Bildirilir ki, Ueyd bu adı hələ 2015-ci ildə rəsmi qeydiyyatdan keçirib. ABŞ Patent və Əmtəə Nişanları İdarəsi isə oxşarlığa görə Sviftin müraciətini rədd etsə də, albom həmin adla yayımlanıb.


Hazırda iddiaçı tərəf kompensasiya tələb edir və albom adının istifadəsinin dayandırılmasını istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin