Məşhur britaniyalı aktrisa Florens Pyu aktyor Finn Kolla sevgilidir.
Bizim.Media xəbər verir ki, cütlük tədbirlərdən birində qırmızı xalçaya birgə çıxaraq münasibətlərini təsdiqləyiblər.
Qeyd edək ki, Florenslə Finn 2024-cü ildən görüşməyə başlasalar da, bunu gizli saxlayırdılar.
Aktrisa həmin vaxtlarda ona polikistik yumurtalıq sindromu (PCOS) və endometrioz diaqnozu qoyulduğunu açıqlayıb. 30 yaşlı aktrisa bu səbəbdən yumurtalarını dondurmalı olduğunu bildirmişdi.

Bizim.Media






























































































