Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Hazırda oxunan: Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

604309

Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova anası Sədaqət Dadaşova və xalaları ilə barışmağından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “İbo şou”da açıqlama verib:
 

“Mən küsülü deyildim. Bunu şişirtmək lazım deyil. Qonşu deyil, yad deyil. Həyat yoldaşım dedi ki, “get ananla bayramlaş, əlini öp”. Burada nə var ki? Anamdır, əli də öpüləsidir. Hələ valideynim sağdırsa, mən də uşağam, övlad olaraq da qalmaq istəyirəm. 


Valideynimi itirmək istəmirəm. Ata itkisi məni çox sarsıtdı. Hamı bilir ki, atama çox bağlı olmuşam. Bu da danılmazdır ki, məni dünyaya gətirən anam var”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin