"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Hazırda oxunan: "Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

604297

Dünyanın ən məşhur musiqi yarışmalarından biri olan "Avroviziya Mahnı Müsabiqəsi" tarixində ilk dəfə Asiyada təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, Avropa Yayım Birliyinin (EBU) tərəfdaşları elan ediblər ki, “Avroviziya Asiya 2026” adlı müsabiqənin finalı 14 noyabr 2026‑cı il tarixində Tailandın paytaxtı Banqkokda şəhərində keçiriləcək.

Bu yeni layihə "Avroviziya"nın 70 illik tarixində böyük bir dönüş nöqtəsidir və yarışmanın ənənəvi formatı saxlanılaraq Asiyaya da gətirilir.
 

İştirak edəcək ölkələrdən bəziləri artıq təsdiqlənib. Onlar arasında Cənubi Koreya, Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca, Laos, Banqladeş, Nepal və Butan yer alır.


Yarışmanın formatı Avropa versiyasına bənzəyəcək – əvvəl milli seçim mərhələləri keçiriləcək, sonra isə seçilmiş ifaçılar Bangkokdakı böyük final səhnəsində çıxış edəcəklər. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin