Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Hazırda oxunan: Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

604278

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi ilə bağlı müzakirələr başlayıb. İttifaqdan verilən məlumata görə, yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra baş tutacaq.

Bununla bərabər, mediada Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Akif Əlinin bu posta seçilmə şansının yüksək olduğu yazılıb. 

Əməkdar incəsənət xadimi, ittifaqın keçmiş üzvü Ayaz Salayev məsələ ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, İttifaqdan ona sədrlik təklifi gəlsə belə, qəbul etməz:

“Mən oranın üzvü deyiləm. Heç bir münasibətim yoxdur. Oradakı işlər məni qətiyyən maraqlandırmır. Mənə sədrlik də təklif olunsa, heç vaxt qəbul etmərəm! Vaxtilə demişdim ki, o təşkilatlar birləşsə, mən oradan ayrılacağam. Dediyimi etdim. Heç vaxt oranın üzvü ola bilmərəm. Qətiyyən kimin seçiləcəyi məni maraqlandırmır. Hər halda orada Şəfiqə Məmmədovadan başqa görkəmli şəxsiyyət yoxdur”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin