“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Hazırda oxunan: “Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

604213

Beynəlxalq “Avroviziya” mahnı müsabiqəsinin artıq Asiya versiyası da olacaq. Avropa Yayım Birliyi (EBU) rəsmi şəkildə Eurovision Song Contest Asia layihəsinin başladığını elan edib.

Bizim.Media xəbər verir ki, ilk müsabiqə 14 noyabr 2026-cı ildə Banqkokda keçiriləcək.

EBU-nun məlumatına görə, yeni yarışma Asiya üzrə milli seçim turları ilə başlayacaq, daha sonra isə Banqkokda canlı yayımlanan böyük final keçiriləcək.

Təşkilatçılar bildiriblər ki, bu layihə “Avroviziya”nın 70 illik tarixində ilk böyük çoxtərəfli regional genişlənmədir.

Rəsmi açıqlamada deyilir:


Asiya mədəniyyət, yaradıcılıq və istedad baxımından olduqca zəngin regiondur və yeni müsabiqə də bu müxtəlifliyi “United by Music” ruhunda bir səhnədə bir araya gətirməyi hədəfləyir. Finalın ev sahibi Taylandın Channel 3 telekanalı olacaq.

 

Hazırda yarışmada iştirakını təsdiqləyən 10 ölkə var. Bunlar Cənubi Koreya, Tayland, Filippin, Vyetnam, Malayziya, Kamboca, Laos, Banqladeş, Nepal və Butandır. EBU daha çox ölkənin də sonradan qoşulacağını bildirib.



Bu ideya əslində yeni deyil. Asiya versiyası barədə illər əvvəl də danışılmışdı, lakin müxtəlif siyasi və təşkilati səbəblərdən layihə reallaşmamışdı.

İndi isə qərar rəsmi mərhələyə keçib və ilk müsabiqənin bu payız Banqkokda baş tutacağı təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin