Məşhur amerikalı müğənni Demi Lovato 4 ildən sonra yenidən böyük konsert turuna çıxacağını açıqlayıb.
Bizim.Media “People” nəşrinə istinadən xəbər verir ki, müğənni “It's Not That Deep Tour” adlı tur çərçivəsində pərəstişkarları ilə görüşəcəyini bildirib.
Lovato qeyd edib ki, səhnəyə qayıtmaq onun üçün həyəcanverici qərardır. O, xüsusilə yeni mahnısı “Sorry to Myself”i canlı ifa etməyə səbirsizləndiyini deyib.
Müğənni bildirib ki, uzun müddət turdan uzaq qalmasının səbəbi şəxsi və psixoloji məsələlərlə bağlı olub.
Turneyin apreldə başlaması planlaşdırılır.




Bizim.Media

- A-
- A
- A+
Şoutaym
23:44 / 29.03.2026
İllər sonra səhnəyə qayıdır - FOTO
Hazırda oxunan: İllər sonra səhnəyə qayıdır - FOTO
Hazırda oxunan: İllər sonra səhnəyə qayıdır - FOTO
603975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































