Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Hazırda oxunan: Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

603948

"Paltarlarım təmiz və ütülü olmaldır. Yeməkdə kaprizli deyiləm. Səhər yeməyini özüm hazırlayıram. Günorta ya evdə, ya çöldə yeyərəm. Az miqdarda yeyirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Qonaqcanlı" verilişində deyib. Sənətçi xanımından tələblərini sadalayıb.

Zamiq formada qalmaq üçün hər gün idman etdiyini və sağlam qidalandığını bildirib:

"Çox sağlam həyat tərzi yaşayıram. Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman etməliyəm. Bir gün qaçaram, bir gün xərda idman, bir gün gəzinti edərəm. İdman həyat tərzimdir. Ən vacib yeməkdir. Uzun illərdir sağlam qidalanıram. Sənətçinin borcudur formada olsun. Xaricdə görürsünüz ifaçılar necə özünə baxır. Belə danışanda bəzilərinin xətrinə dəyir, zəng vururlar ki, niyə belə deyirsən? Cavab verirəm ki, diqqət edin. Efirdə qə.əng görünün. Əvvəl idi kök müğənni olmaq, indi yox".

Qeyd edək ki, Aydan adlı xanımla ailəli olan Zamiqin Zeyn adlı övladı var. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin