Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Hazırda oxunan: Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

603368

Müğənni Səidə Sultanla Əməkdar artist Zaur Əmiraslanov arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb Zaur Əmiraslanovun “Öz aramızda” verilişində “Bakı payızı” verilişi ilə bağlı səsləndirdiyi fikirlər olub.

Səidə onun müsabiqədə üçüncü yeri tutduğunu söyləyən Zaura qəzəblənib:
 

“Buradan Zaur Əmiraslanova səslənirəm, qarşıma video çıxıb. Demisən ki, “Bakı payızı” müsabiqəsində birinci yeri sən tutmusan, onu da bölüşmüsən. Səndə o ürək var ki, nəyisə bölüşəsən?! Demisən ki, Səidə də üçüncü yeri qazanıb. Deyəsən, qocalmısan, yaddaşın gedib.


Bizim hələ əlimiz-ayağımız tutur, biz köhnə tarixdə deyilik, yaxın keçmişi yaşayırıq. Yadından çıxıbsa, “Bakı payızı”nın təşkilatçısı Yalçın sağdır, get, soruş, necə oldu… Orada talantlı insanlar çox idi, birinci yer sənlə Tünzaləyə verildi. İkinci yerin sahibi mən və mənlə bərabər Dinara Əliyeva oldu. Özünü qocalığa qoyma, hər şey yaxşı yadındadır”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin