Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Hazırda oxunan: Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

603079

Müğənni Doğuş bu gün 16-cı mərtəbədən yıxılaraq ölən prodüser Erol Köse ilə bağlı paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli prodüser Erol Köse öldü


Bizim.Media xəbər verir ki, o, instaqramda video paylaşaraq prodüserin arxasınca pis danışanlardan söz açıb:

“Allah Erol Köseyə rəhmət eləsin, Allah günahlarını bağışlasın, məkanı cənnət olsun.  Bir çox insanı məyus etdiyi düzdür. Lakin ölən insanın arxasından nəsə danışmadım, danışmağı düşünmürəm.

Məni də məyus etdiyi zamanlar olub, yenə də danışmaq istəmirəm. Haqqımı halal edirəm, çünki bu işin geri dönüşü yoxdur. Ona görə haqqımı halal edirəm”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin