Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Hazırda oxunan: Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

602872

"Bu bayram günündə əlini öpüb təbrik edə biləcəyiniz ata-ananız varsa, nə xoş sizin halınıza. Mənim isə ilk bayramımdır ki, onlarsız keçir".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. 

O, bir müddət əvvəl sığınacağa yerləşdirdiyi qadını ziyarətə yollanıb.

Hidayətqızı müğənni həyat yoldaşı Doğuş və əkizləri Arda ilə Arının yer aldığı həmin görüntüləri sosial şəbəkədə paylaşıb:

"Bu gün yuxudan oyananda gözüm onları axtardı. Bu boşluğu bir az da olsa, sığınacağa yerləşdirdiyim Zöhrə ana və onun kimi yaşlı ata-analarımız doldurdu. Onların duası, sevgisi insanın ürəyinə toxunur. Bu gün yalnız yaşlılarımızı deyil, sığınacaqdakı balalarımızı da ziyarət etdim. Görüşümüz çox səmimi və gözəl keçdi. Birlikdə oynadıq, güldük, yemək yedik. Həqiqətən unudulmaz bir gün oldu. Bayramınız mübarək. Sevdiklərinizin qədrini bilin, onları təbrik edin… Sonra gec ola bilər". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin