“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Hazırda oxunan: “İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

602869

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, prodüser Oqtay Əliyevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, aktrisa bu gün O. Əliyevin ölüm ildönümü olduğunu bildirib:

“Bu gün sənsiz keçən 3-cü ildir... Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır...

Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi...

Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan...

Xatirələrdə, dualarımda həmişə yanımdasan.

Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan.

Ruhun şad olsun... Mən sənin üçün hər gün daha çox darıxıram...”.

Qeyd edək ki, O. Əliyev avtomibil qəzasında dünyasını dəyişib.

Onu da xatırladaq ki, Oqtayla Dilarənin iki qızı və iki nəvəsi var.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin