“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Hazırda oxunan: “Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

602782

Əməkdar artist Lalə Məmmədova açıqlamaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, “Qonaqcanlı”da qonaq olan Lalə şəxsi həyatından söz açıb:

“30-35 yaşdan sonra sevgidən əvvələ hörmət və güvən keçir. Sevgi onlardan sonra gəlir. O hisslərə çox da bel bağlamaq olmaz. Güvəni qadın hiss etməsə, insanı sevə bilmir. Sevginin bünövrəsi güvənlə qoyulur.

Sevən insanlar var ki, qəfəsin içindədilər, qapı açıqdı, çıxa bilər. Amma o qaranlıqda qalıb, sevgisini içinə basdırmağa üstünlük verir. Kişi də var ki, qadının qarşısında özünü qaya kimi göstərməyə çalışır.

Yel əsəndə qamış qədər zəif olur, danışanda ağzına “çullu dovşan” yerləşmir, o hissləri yaşayanda gücsüzdür.

Özüm kimi olan qadınları nəzərdə tuturam ki, həyatda zərbələri almış, özünü toparlamış qadını təəccübləndirmək hər kişiyə nəsib olmur. Demirəm, yükümü daşısın, zatən yükümü özüm daşıyıram. Heç olmasa sənin keçdiyin yolları keçməlidir ki, əziyyətlərini anlasın. Mən elə-belədən bu gün Lalə olmamışam. Daha asan yolları seçə bilərdim. Qarşımdakı insan da mənim qədər əziyyət çəkməlidir, həyatda bir daşı daş üstünə qoymağı bilməlidir”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin