“Labubu”nun filmi ÇƏKİLİR

Hazırda oxunan: “Labubu”nun filmi ÇƏKİLİR

602598

Keçən il bütün dünyada viral olan "Labubu" oyuncaqlarının  filmi çəkilir. 

Bizim.Media "Ntv" yə istinadən xəbər verir ki, hazırlıqları davam edən filmlə bağlı ilk detallar açıqlanıb.
 

"Pop Mart" tərəfindən satışa çıxarılan bu oyuncaqların film hüquqlarını alan "Sony" "Labubu"-nun “live-action” (real aktyorlarla çəkilən) film versiyasının hazırlanmaqda olduğunu rəsmi şəkildə açıqlayıb.


Layihə “The Monsters” qlobal sərgi turunun 10 illiyi münasibətilə Parisdə keçirilən tədbirdə elan olunub.

“Wonka” və “Paddington” filmləri ilə tanınan Paul King "Labubu" filminə rejissorluq edəcək. Ssenarini isə Steven Levenson ilə birlikdə yazacaq. Oyuncaqların yaradıcısı Kasing Lung da layihənin prodüserlərindən biri olacaq.

Hazırda üzərində iş gedən və böyük maraqla gözlənilən filmin aktyor heyəti, süjeti və nümayiş tarixi ilə bağlı detallar isə hələ açıqlanmayıb.

Qeyd edək ki, "Labubu" fiqurları ilk dəfə 2015-ci ildə Kasing Lung tərəfindən Skandinaviya mifologiyasından ilhamlanaraq “The Monsters” hekayə seriyası üçün yaradılıb. Daha sonra bu fiqurlar Pop Mart tərəfindən yumşaq oyuncaqlara çevrilib.

2019-cu ildə satışa çıxarıldıqda diqqət çəkən bu oyuncaqlar 2024-cü ildə "Blackpink" musiqi qrupunun üzvü Lisanın Labubu oyuncağı ilə görüntülənməsindən sonra daha da populyarlaşdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin