"Maska" şousu bu tarixdə BAŞLAYIR

Hazırda oxunan: "Maska" şousu bu tarixdə BAŞLAYIR

602426

İctimai TV-nin məşhur "Maska" şousunun yayım tarixi məlum olub.

Bizim.Media xəbər verir ki, proqram martın 29-dan saat 21:00-da efirə gedəcək.
 

Bu dəfə tamaşaçılar "Qırat", "Cücə", "Dönər", "Yadplanetli", "Səməni", "Nərə", "Vəzir", "İlbiz", "Yeni ulduzlar", "Pələng", "Dəniz" , "İlan və "Pişik" obrazları təqdim olunacaq.


Qeyd edək ki, "Maska" şousunun ilk buraxılışında münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşmişdi.

Birinci buraxılışın qalibi müğənni Dilarə Kazımova olub. O, "Canavar" obrazı ilə sona qalmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin