35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Hazırda oxunan: 35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

602424

Müğənni Fədayə Laçın 35 il sonra Laçına gedib.

Bizim.Media xəbər verir ki, sənətçi həmin görüntüləri "Öz aramızda" proqramında nümayiş etdirib. F.Laçın gedib böyüdüyü evi tapdığını deyib. O, həmin kadrları göz yaşı ilə lentə alıb.

"Elə qarışıq hisslər yaşadım ki... Bilmirəm onu necə ifadə edim. Gedib görürsən ki, doğulub böyüdüyün evi dağıdıb, yandırıblar. Həm ağladım, həm sevindim.
 

Sevincim, kədərim, Laçınım mənim. Orada oteldə qaldıq. Yatmışam, inanmıram ki, Laçında oteldəyəm. Deyirəm, yuxudursa, oyanmayım. Sonsuz şükür edirəm. Heç ağlıma da gəlməzdi ki, torpaqlar geri qayıdacaq.


Nənəmin məzarı orada qalmışdı. Sonradan düzəltdiriblər. Gedib ziyarət etdim". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin