Əfsanəvi, əslən azərbaycanlı olan İran müğənnisi Ququş bahar bayramı münasibətilə İran xalqına müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Demək olar ki, 47 ildir İslam Respublikası Çərşənbə-Suri ilə bağlı sevimli ənənələrimizi ləğv etmək üçün əlindən gələni edir, ümid edir ki, İran kimliyimizi silə biləcək. Amma bütün bu illər ərzində buna nail ola bilməyib. Bu il də, ən qəddar repressiyalardan sonra belə, cəsur İran xalqı yenə küçələrə çıxdı. İnsanlar tonqalların üzərindən tullanaraq “Mənim sarılığım sənə, sənin qızartın mənə” deyə səsləndilər.
Bu, bu rejim dövründə bu bayramı sonuncu dəfə qeyd etdiyimiz il olacaq. Gələn il hamımız birlikdə onu azad İranda qeyd edəcəyik”, – deyə Ququş bildirib.
Bizim.Media































































































